Bank Of Baku

Azərbaycanın Vergi Məcəlləsinə dəyişiklik edilib

Azərbaycanın Vergi Məcəlləsinə dəyişiklik edilib
# 10 iyun 2011 13:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Milli Məclis Vergi Məcəlləsinə dəyişikliklər edib. “APA-Economics”in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər layihəsi müzakirə olunub.

Milli Məclis sədrinin müavini, komitə sədri Valeh Ələsgərov bildirib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə prezidenti tərəfindən təqdim edilib. Məcəllənin 106-cı maddəsinə edilən əlavələrə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin mülkiyyətində olan törəmə müəssisələrin birinin balansından digərinin balansına əvəzsiz verilən aktivlərin, o cümlədən digər hüquqi şəxsə əvəzsiz verilmiş əsas vəsaitlərin dəyəri, neft-qaz ehtiyatları ilə bağlı sazişlərə uyğun olaraq əsas fondların, daşınan əmlakın və digər aktivlərin Azərbaycanı təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar vergidən azad olunur.

V.Ələsgərov bildirib ki, Məcəllənin ödəmə mənbəyində dividentdən vergi tutulması haqqında 122-ci maddəsinə “neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur” məzmunda yeni bəndin əlavə olunması təklif edilir. 164.1.11 maddəyə isə “Azərbaycan Respublikasını təmsil edən tərəf” sözləri əlavə olunur.

Bundan başqa, sənədin vergi ödəməkdən azad edilməklə bağlı 164-cü maddəsinə “164.1.14. Bu Məcəllənin 106.1.9-106.1.11-ci maddələri ilə müəyyən olunan aktivlərin dəyəri və onların hər hansı şəkildə təqdim olunması üzrə əməliyyatlar”, vergi ödəyiciləri ilə bağlı 183-cü maddəyə isə “183.3. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir” cümlələrinin əlavə edilməsi təklif olunur.

Müzakirələrdən sonra dəyişikliklər təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR