Bank Of Baku

ARDNŞ-ın büdcəyə ödənişləri artıb

ARDNŞ-ın büdcəyə ödənişləri artıb
# 10 iyun 2011 14:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin may ayında dövlət büdcəsinə 95,252 mln. manat vəsait ödəyib. Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin may ayı ilə müqayisədə 7,320 mln. manat və ya 8,3% çox olub.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-may aylarında büdcəyə 448,276 mln. manat ödəyib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,994 mln. manat və ya 5,4% çox olub.

Bundan başqa, cari ilin may ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11,704 mln. manat vəsait köçürüb. Bu, 2010-cu ilin may ayına nisbətən 1,522 mln. manat və ya 14,9% çoxdur. Ümumiyyətlə, 2011-ci ilin yanvar-may aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 53,195 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,572 mln. manat və ya 7,2% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR