Bank Of Baku

Azərbaycan fond bazarının inkişafına dair dövlət proqramının icrası ilə bağlı yaradılmış Əlaqələndirmə Qrupunun ilk iclası keçirilib

Azərbaycan fond bazarının inkişafına dair dövlət proqramının icrası ilə bağlı yaradılmış Əlaqələndirmə Qrupunun ilk iclası keçirilib
# 13 iyun 2011 07:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının (2011-2020-ci illər) səmərəli icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət Əlaqələndirmə Qrupu yaradılıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, artıq QKDK-da Maliyyə, Vergilər, Ədliyyə, İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, Mərkəzi Bank, Əmlak Məsələləri Dövlət Komitəsi və Auditorlar Palatasının nümayəndələrinin iştirakı ilə Əlaqələndirmə Qrupunun ilk iclası keçirilib.

İclasda çıxış edən QKDK-nın sədri Rüfət Aslanlı tədbir iştirakçılarına Dövlət Proqramının hədəfləri barədə geniş məlumat verib və bildirib ki, Proqramın icrası nəticəsində müasir və beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş kapitallaşma imkanları təqdim edən qiymətli kağızlar bazarı formalaşacaq.

Daha sonra Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin aidiyyəti dövlət qurumları arasında icra mexanizmləri müzakirə edilib və bu istiqamətdə görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.

İclasın nəticəsi olaraq hər bir dövlət qurumuna həvalə edilmiş tədbirlərin icrası ilə bağlı Əlaqələndirmə Qrupunun növbəti iclasınadək iş planlarının hazırlanmasına dair qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR