Bank Of Baku

Azərbaycanda plastik bank kartları ilə aparılan əməliyyatların 9%-i nağdsız ödənişlərin payına düşüb

Azərbaycanda plastik bank kartları ilə aparılan əməliyyatların 9%-i nağdsız ödənişlərin payına düşüb
# 13 iyun 2011 07:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda buraxılmış plastik bank kartlarının sayı 2011-ci ilin mayın 1-nə 4,353 mln. ədəd təşkil edib ki, bu da 2010-cu ilin mayın 1-nə nisbətən 248 min ədəd və ya 6% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kartların 2,477 mln-u sosial, 1,294 mln-u əmək haqqı kartları, 449 mini digər debet kartları, 133 mini isə kredit kartlarının payına düşüb.

Cari ilin ilk 4 ayı ərzində plastik kartlarla 16,095 mln. əməliyyat aparılıb, əməliyyatların həcmi 2 168 mln. manat təşkil edib ki, bu göstəricilər son bir ildə müvafiq olaraq 9,7% və 18,2% artıb.

Debet kartlarla aparılan əməliyyatların sayı 15,227 mln-a bərabər olub ki, bu da ümumi sayın 94,6%-ni təşkil edir. Debet kartlarla əməliyyatların həcmi isə 1 934 mln. manat olub ki, bu da ümumi həcmin 89,2%-ni təşkil edir. Öz növbəsində kredit kartları ilə 867 min əməliyyat aparılıb, əməliyyatların həcmi isə 233 mln. manat təşkil edib.

Debet kartları üzrə bir əməliyyatın ortalama həcmi 127 manat, kredit kartları üzrə isə 268,7 manat olub.

Qeyd edək ki, plastik kartlarla aparılan əməliyyatların 14,627 mln-u və ya ümumi sayın 90,9%-i nağd pulun çıxarılması üzrə əməliyyatların payına düşüb. Bu əməliyyatların həcmi 1 971 mln. manat təşkil edib ki, bu da ümumi həcmin 90,9%-ni təşkil edir. Beləliklə, plastik kartlarla aparılan nağdsız ödəniş əməliyyatlarının payı say və həcm göstəricisi üzrə cəmi 9% olub ki, bu da Azərbaycanda plastik kartların əsasən nağd pulun hesabdan çıxarılması üçün istifadə edilməsindən xəbər verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR