Bank Of Baku

Barak Obama: “İqtisadiyyatın böhranı qəfildən baş vermir və tezliklə də bitmir”

Barak Obama: “İqtisadiyyatın böhranı qəfildən baş vermir və tezliklə də bitmir”
# 13 iyun 2011 08:34 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama ölkə vətəndaşlarını iqtisadiyyatın bərpasını səbirlə gözləməyə çağırıb. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, prezident bildirib ki, iqtisadiyyatın böhranı qəfildən baş vermir və tezliklə də bitmir.

Onun sözlərinə görə, emal sənayesi üçün kadrların hazırlanması vəziyyəti yaxşılaşdıra bilər və bunun üçün də vaxt lazımdır: “500 min amerikalı tələbə emal sənayesinin istehsalında işləməyə gedəcək. Əgər siz işəgötürən şirkətsinizsə, bilirsiniz kimi işə götürəcəksiniz və onun hansı bacarıqları sizə lazım olacaq”.

Qeyd edək ki, son rəy sorğularının nəticələrinə görə, ABŞ əhalisinin 50%-i Barak Obama administrasiyasını həyata keçirdiyi iqtisadi islahatları bəyənmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR