Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi üçün maliyyə məsləhətçisi seçilib

Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi üçün maliyyə məsləhətçisi seçilib
# 13 iyun 2011 09:43 (UTC +04:00)
Komitədən
«APA-Economics»ə bildirilib ki, ABB-nin nizamnamə kapitalındakı dövlətə məxsus payın azaldılması (dövlətsizləşdirilməsi) və özəlləşdirilməsi şərtlərinə dair təkliflərin hazırlanması üçün məsləhətçinin seçilməsi üzrə keçirilmiş açıq tenderin nəticələrinə uyğun olaraq, «PricewaterhouseCoopers Audit Azerbaijan» MMC, «Rothschild & CIE» şirkəti və «Salans UK Ltd.» şirkətinin Azərbaycandakı filialından ibarət konsorsium tenderin qalibi seçilib.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.

Cari ilin aprelin 1-nə bankın aktivləri 4 696,638 mln. manat, kredit portfeli 2 879,706 mln. manat, depozit portfeli 1 911,060 mln. manat, məcmu kapitalı 514,985 mln. manat, o cümlədən nizamnamə kapitalı 240 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR