Bank Of Baku

MDB-nin namizədi BVF-nin icraçı direktorluğu uğrunda yarışdan geri çəkilib

MDB-nin namizədi BVF-nin icraçı direktorluğu uğrunda yarışdan geri çəkilib
# 13 iyun 2011 09:57 (UTC +04:00)
Bakı - APA-Economics. Qazaxıstan Mərkəzi Bankının rəhbəri Qriqori Marçenko Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktorluğuna namizədliyini geri götürüb. “APA-Economics”in xəbərinə görə, bu barədə “Sky news” telekanalı Fransa KİV-nə istinadən məlumat yayıb.

Qeyd edək ki, Qriqori Marçenkonun namizədliyi MDB hökumət başçıları Şurasının mayın 19-da Minskdə keçirilən iclasında irəli sürülmüşdü. O, elə ilk gündən öz şanslarını yüksək qiymətləndirmirdi.

Xatırladaq ki, BVF-nin icraçı direktoru Dominik Stross-Kan mayın 19-da istefa verib. 62 yaşlı Dominik Stross-Kan mayın 14-də Nyu-Yorkun Kennedi hava limanında həbs olunub. O, qaldığı “Sofitel” hotelində 32 yaşlı xidmətçi qadını zorlamaq cəhdində ittiham olunur. Qadın qaçaraq canını qurtara bilib və olay barədə hotel əməkdaşlarına məlumat verib. BVF rəhbəri isə hoteli tələsik tərk etməli olub. Bu səbəbdən mobil telefonunu və digər şəxsi əşyalarını öz nömrəsində unudub. Parisə uçmağa hazırlaşarkən isə hava limanında həbs edilib. Bütün ittihamları rədd edən Dominik Stross-Kan mayın 21-də girov müqabilində həbsdən azad edilib. O, 2012-ci ildə Fransada keçiriləcək prezident seçkilərində ən şanslı namizədlərdən sayılırdı.

Hazırda BVF rəhbəri postuna potensial namizədlər Fransanın maliyyə naziri Kristin Laqard, Almaniya Mərkəzi Bankının sabiq başçısı Aksel Veber, uzun illər BVF-də çalışmış Türkiyənin sabiq iqtisadiyyat naziri, 1996-2001-ci illərdə Dünya Bankının vitse-prezidenti olmuş Kamal Dərviş, eləcə də Trevor Manuel (CAR), Aqustin Karstens (Meksika), Arminio Fraqo (Braziliya) və Mark Karnidir (Kanada).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR