Bank Of Baku

İyunun sonunda Azərbaycan Sığortaçılar Assosiasiyasının növbəti iclası keçiriləcək

İyunun sonunda Azərbaycan Sığortaçılar Assosiasiyasının növbəti iclası keçiriləcək
# 13 iyun 2011 11:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İyunun 23-də Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Müşahidə Şurasının növbəti iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın icraçı direktoru Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, iclasda Müşahidə Şurası tərəfindən ASA-nın tərkibində fəaliyyət göstərən komitələrin işinin nəticələri müzakirə olunacaq.

Qeyd edək ki, hazırda qurumun tərkibində Təkrarsığorta və Anderraytinq, Təhsil, Həyat sığortası, Maliyyə komitələri fəaliyyət göstərir.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR