Bank Of Baku

«DəmirBank» məişət texnikasının kreditlə satış proqramını genişləndirir

«DəmirBank» məişət texnikasının kreditlə satış proqramını genişləndirir
# 13 iyun 2011 12:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC məişət, kompüter və digər texnika satışını həyata keçirən «Bermud Electronics» şirkəti ilə əməkdaşlığı genişləndirir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit proqramının şərtlərinə əsasən, «Bermud Electronics» mağazalarında müxtəlif texnika və avadanlıqları 3-18 ay müddətinə kredit şərtləri ilə almaq mümkündür.

Kreditin məbləği 400-3000 ABŞ dollarınadək ola bilər. Kredit məbləği 1000 dollarınadək olarsa, ilkin ödəniş tələb edilmir, məbləğ 1000 dollarından yuxarı olduqda isə alınan malın 20%-i dəyərində ilkin ödəniş zəruridir. Kredit alan şəxsin ən azı 3 ay müddətində dövlət təşkilatında və ya sabit maliyyə durumu olan özəl müəssisədə iş stajı olmalıdır. Kredit şəxsiyyət vəsiqəsi əsasında verilir.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR