Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsi artıb

Azərbaycanda bank kassa dövriyyəsi artıb
# 13 iyun 2011 13:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilin yanvar-aprel aylarında 6 969,7 mln. manat, məxaric hissəsi isə 6 954,6 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi ötən ilin yanvar-aprel aylarına nisbətən 21,8%, məxaric hissəsi isə 16,8% artıb.

Göründüyü kimi, yanvar-aprel aylarında bank kassa dövriyyəsində 15,1 mln. manat həcmində müsbət saldo yaranıb, halbuki ötən ilin eyni dövründə 232 mln. manat həcmində mənfi saldo müşahidə olunub.

Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalarının payına düşüb. Belə ki, bu mənbədən bank kassalarına 4 046,8 mln. manat və ya ümumi mədaxilin 58,1%-i daxil olub. Digər mənbələr sırasında hüquqi şəxslərdən daxilolmalar (1 706,2 mln. manat və ya 24,5%), fiziki şəxslərdən daxilolmalar (625,7 mln. manat və ya 9%) var.

Bank kassa dövriyyəsinin məxaric hissəsində isə hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 2 296,4 mln. manat və ya 33%, bankomatlara pul qoyuluşunun payına 2 254,1 mln. manat və ya 32,4%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına isə 2 207,9 mln. manat və ya 31,8% düşüb.

Əvvəlki dövrdən qalan kassa qalığını nəzərə almaqla, bank kassa qalığı mayın əvvəlinə 192 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR