Bank Of Baku

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlər apreldə 18% azalıb

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlər apreldə 18% azalıb
# 13 iyun 2011 14:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2011-ci ilin aprel ayında 6,498 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin mart ayı ilə müqayisədə bu göstərici 1,468 mlrd. manat və ya 18,4% azalıb, ötən ilin aprelinə nisbətən isə 303 mln. manat və ya 4,9% artıb.

Ödənişlərin sayına gəlincə, 2011-ci il mart ayında 27 min ödəniş aparılmışdırsa, apreldə bu göstərici 32 minə çatıb. Lakin ötən ilin aprel ayı ilə müqayisədə ödənişlərin sayında müəyyən azalma müşahidə olunub. Belə ki, ötən ilin aprel ayı ərzində AZIPS ilə aparılan ödənişlərin sayı 34 min olub.

Aprel ayında bir ödənişin ortalama həcmi 203,1 min manata bərabər olub ki, bu da əvvəlki aya nisbətən 31,2% az, ötən ilin aprelinə nisbətən isə 11,5% çoxdur.

Göründüyü kimi, AZIPS-də aylıq müqayisədə ödənişlərin məbləğləri kəskin şəkildə azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR