Bank Of Baku

“Atəşgah Sığorta” şirkəti «Arxayın sürücü» məhsulu üzrə 2,2 min manat sığorta ödənişi edib

“Atəşgah Sığorta” şirkəti «Arxayın sürücü» məhsulu üzrə 2,2 min manat sığorta ödənişi edib
# 13 iyun 2011 14:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan «Atəşgah Sığorta» şirkəti «Arxayın sürücü» məhsulu üzrə növbəti sığorta ödənişini həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 135 manat ödəyib sığorta polisi alan «Volkswagen Golf» avtomobilinin sahibi 2200 manat həcmində sığorta ödənişi əldə edib.

Qeyd edək ki, «Arxayın sürücü» «Atəşgah Sığorta»nın müştərilərinə təklif etdiyi üç («Arxayın Sürücü», «Arxayın Sakin» və «Arxayın Valideyn») xüsusi sığorta məhsulundan biridir. Bu sığorta məhsulu üzrə müştəri öz nəqliyyat vasitəsini bütün növ yol-nəqliyyat hadisələri, o cümlədən yanğın və öz-özünə alışma, təbii fəlakət nəticəsində dəyən ziyan, oğurluq, qaçırma, dələduzluq, soyğunçuluq və bunların nəticəsində dəyən itki, üçüncü şəxslərin qərəzli və qanuna zidd hərəkətləri, daş və digər əşyalarla avtomobilin zədələnməsi və şüşələrin zədələnməsindən sığortalaya bilər.

Qeyd edək ki, «Atəşgah» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 3,7 mln. manat təşkil edir. Şirkətinin 8 ofisi fəaliyyət göstərir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR