Bank Of Baku

Azərbaycanda nağd avronun satışı kəskin artıb

Azərbaycanda nağd avronun satışı kəskin artıb
# 13 iyun 2011 14:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən 2011-ci il yanvar-aprel ayları ərzində banklar vasitəsi ilə satılmış nağd avronun həcmi 55,971 mln. avro, alış həcmi isə 317,441 mln. avro təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-aprel ayları ilə müqayisədə satışın həcmi 3,4 dəfə artıb, alışın həcmi isə 7,9% azalıb.

Qeyd edək ki, Azərbaycanda nağd avro satışının bu dərəcədə artması ilk növbədə onun məzənnəsi ilə bağlıdır. Belə ki, 2011-ci ilin əvvəlindən aprelin sonuna kimi avronun manata qarşı məzənnəsi 11% artıb ki, bu amil əhalinin diqqətindən yan keçməyib və onu nağd avro kütləsini satmağa və əlavə gəlir əldə etməyə stimullaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR