Bank Of Baku

«AFB Bank» kredit şərtlərini sadələşdirib

«AFB Bank» kredit şərtlərini sadələşdirib
# 13 iyun 2011 14:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AFB Bank» ASC istehlak, avtomobil və ipoteka kreditlərinin şərtlərini yumşaldıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, nəzərdə tutulan kredit 18-60 yaş arası kişilər və 18-55 yaşlı qadınlar üçün son iş yerində 6 ay əmək stajı olmaq şərti ilə Azərbaycan vətəndaşlarına verilir. Kreditlər müştəriyə illik 15-17%-dən başlayaraq, 12-36 ay müddətinə ayrılır.

Qeyd edək ki, «AFB Bank» ASC 2008-ci il noyabr ayında Azərbaycan Mərkəzi Bankından lisenziya alıb və 2009-cu ilin fevral ayında rəsmi fəaliyyətə başlayıb. Cari ilin iyun ayının 1-nə bankın aktivlərinin həcmi 133,035 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR