Bank Of Baku

IFC Azərbaycanın mikromaliyyə sektoruna kredit ayırır

IFC Azərbaycanın mikromaliyyə sektoruna kredit ayırır
# 13 iyun 2011 15:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın uzaq bölgələrində əhaliyə kömək etmək məqsədilə mikro və kiçik sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq üçün yerli valyutada kreditlər təklif edəcək.

IFC-dən “APA-Economics”ə verilən məlumatına görə, IFC 7 mln. dolları ekvivalentində “FINCA Azərbaycan” mikrokredit şirkətinə kreditlər təklif edəcək.

Bu təklif IFC-nin dünyanın ən iri mikromaliyyə şəbəkəsinə malik “FINCA İnternational” arasında əlaqələrin gücləndirilməsinə və davamlı, depozit qəbul edən mikromaliyyə təşkilatlarının yaradılması və inkişafı üçün göstərilən birgə səylərə xidmət edəcək.

“FINCA İnternational”ın Baş Maliyyə Direktoru Stiv MakQvayerin sözlərinə görə, IFC-nin “FINCA Azərbaycan”a yerli valyutada təklif etdiyi uzunmüddətli kredit rayon və kənd yerlərində az gəlirli sahibkarları xarici valyuta riskinə məruz qoymadan davamlı kreditlərlə təmin etməyə imkan verəcək. Mikromaliyyə yoxsulluğun azaldılması və insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün mühüm bir alətdir.

Qeyd edək ki, 1990-cı illərin əvvəllərində kommersiya mikromaliyyələşməsi başlandığı dövrdən IFC texnologiya, maliyyə məhsulları və siyasətlərdəki yeniliklərdən istifadə edərək maliyyə təşkilatlarına daha effektiv (rentabelli) vasitələrlə daha çox insanlara xidmət göstərməkdə kömək etmək üçün mikromaliyyə sahəsində inovasiyaları dəstəkləməkdə davam edir. Son 15 ildə bu sahənin sürətli inkişaf etməsi təxminən 130 mln. müştəriyə maliyyə yardımın göstərilməsinə imkan verib.

Dünya Bankı Qrupunun üzvü olan IFC inkişaf edən ölkələrdə özəl sektorla çalışan ən iri qlobal inkişaf təşkilatı olub yoxsulluğun azaldılması və insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün imkanlar yaradır. Ötən il yeni investisiyaların həcmi 18 mlrd. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR