Bank Of Baku

Vergilər Nazirliyində kollegiya iclası keçirilib

Vergilər Nazirliyində kollegiya iclası keçirilib
# 14 iyun 2011 07:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda fiziki şəxslərin vergi uçotunun elektron üsulla aparılmasına hazırlıq başlayıb. Vergilər Nazirliyində Azərbaycan prezidentinin «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» 2011-ci il 23 may tarixli fərmanının icrası ilə bağlı kollegiya iclası keçirilib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

İclasda bildirilib ki, qarşıdakı illər ərzində bu sahədə maraqlı yeniliklər gözlənilir. Belə ki, təsdiq edilmiş tədbirlər planına əsasən, 2011-2012-ci illər ərzində elektron xidmətlərin göstərilməsi üçün rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsinin yaradılması nəzərdə tutulub. Bu bölməyə müraciət edən şəxslər tərəfindən doldurulmuş ərizə və digər sənədlərin surətlərinin elektron formada qəbulu, bununla bağlı təsdiqetmə bildirişinin göndərilməsinin təmin olunması da planlaşdırılır. Göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada aparılması və elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyinin təmin olunması məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirlərinin cari ilin sonunadək görülməsi də planlaşdırılır. Kollegiyanın qərarı ilə fiziki şəxslərin vergi orqanlarında uçotunun elektron formada həyata keçirilməsi sahəsində təkliflərin hazırlanması və vergilər nazirinə təqdim olunması tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR