Bank Of Baku

Azərbaycanda XÖHKS ilə aparılan əməliyyatların həcmi azalıb

Azərbaycanda XÖHKS ilə aparılan əməliyyatların həcmi azalıb
# 14 iyun 2011 07:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) apardığı ödənişlərin ümumi həcmi 2011-ci ilin aprel ayında 530 mln. manata bərabər olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, mart ayı ilə müqayisədə bu göstərici 10 mln. manat və ya 1,9% azalıb.

Qeyd edək ki, XÖHKS ilə aparılan ödənişlərin sayında isə artım baş verib. Belə ki, bu göstərici əvvəlki ayla müqayisədə 19,9% artaraq 1 297 minə çatıb.

Aprel ayında XÖHKS üzrə bir ödənişin ortalama həcmi 408,6 manat təşkil edib ki, bu da mart göstəricisindən 18,1% azdır.

Ötən ilin aprelinə nisbətən XÖHKS ilə əməliyyatların sayı 45,9%, həcmi 3,9% artıb, bir ödənişin ortalama həcmi isə 28,8% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR