Bank Of Baku

«Facebook» 100 mlrd. dollar cəlb edəcək

«Facebook» 100 mlrd. dollar cəlb edəcək
# 14 iyun 2011 07:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünyanın ən məşhur sosial şəbəkəsi olan «Facebook» korporasiyası IPO (Initial Public Offering – İlkin Kütləvi Yerləşdirmə) vasitəsilə 100 mlrd. ABŞ dolları məbləğində vəsait cəlb etmək niyyətindədir.

«APA-Economics»in məlumatına görə, qiymətli kağızlar artıq 2012-ci ilin I rübü ərzində yerləşdiriləcək. «Facebook»un nümayəndələri IPO-nun keçirilməsini qaçılmaz olduğunu bildirib. «Facebook»un səhmlərini alacaq əsas namizəd «Goldman Sachs» şirkətidir.

Qeyd edək ki, hazırda «Facebook» korporasiyasının 500 səhmdarı mövcuddur.

Xatırladaq ki, «Facebook»un dəyəri «eBay» (kapitallaşması 30 mlrd. dollar) və «Yahoo!»dan (18,07 mlrd. dollar) bir qədər çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR