Bank Of Baku

Azərbaycan sığorta bazarı 30% artıb

Azərbaycan sığorta bazarı 30% artıb
# 14 iyun 2011 08:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 86,453 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,2% çoxdur.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 20% artaraq 22,195 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 2,2 dəfə artaraq 1,344 mln. manat, qeyri-həyat sığortası üzrə 11% artaraq 58,176 mln. manat, icbari sığorta növləri üzrə isə 94,2% artaraq 26,933 mln. manat təşkil edib.

Ödənişlərə gəldikdə isə, həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 36% azalaraq 77,274 min manat, qeyri-həyat sığortası üzrə 22% artaraq 18,465 mln. manat, icbari sığorta növləri üzrə isə 12,1% artaraq 3,652 mln. manat olub.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (16,030 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (15,522 mln. manat) və «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» (11,942 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 19%, 18% və 14% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (7,437 mln. manat və ya 34%), «Avtonəqliyyat vasitələrinin sığortası» (5,749 mln. manat və ya 26%) və «Hava nəqliyyatı vasitələrinin sığortası» (2,787 mln. manat və ya 13%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR