Bank Of Baku

BVF rəhbəri postuna namizədlərin sayı ikiyə enib

BVF rəhbəri postuna namizədlərin sayı ikiyə enib
# 14 iyun 2011 08:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) İcraedici Şurası fondun rəhbəri vəzifəsinə iki nəfər iddiaçının namizədliyinə baxacaq.

«APA-Economics»in məlumatına görə, bunlardan biri Fransanın maliyyə naziri xanım Kristin Laqard, digəri isə Meksikanın Mərkəzi Bankının rəhbəri Aqustin Karstensdır.

BVF-nin yeni rəhbəri iyun ayının 30-dək müəyyənləşəcək. Təşkilatın rəhbərinin seçimindən öncə fondun İcraedici Şurası Vaşinqtonda hər iki namizədlə görüşlər keçirib onların «güclü tərəflərini müzakirə edəcək». «Böyük səkkizlik» (G8) ölkələrinin liderləri K.Laqardın namizədliyini dəstəkləyib.

Xatırladaq ki, BVF-nin icraçı direktoru Dominik Stross-Kan mayın 19-da istefa verib. 62 yaşlı Dominik Stross-Kan mayın 14-də Nyu-Yorkun Kennedi hava limanında həbs olunub. O, qaldığı “Sofitel” hotelində 32 yaşlı xidmətçi qadını zorlamaq cəhdində ittiham olunur. Qadın qaçaraq canını qurtara bilib və olay barədə hotel əməkdaşlarına məlumat verib. BVF rəhbəri isə hoteli tələsik tərk etməli olub. Bu səbəbdən mobil telefonunu və digər şəxsi əşyalarını öz nömrəsində unudub. Parisə uçmağa hazırlaşarkən isə hava limanında həbs edilib. Bütün ittihamları rədd edən Dominik Stross-Kan mayın 21-də girov müqabilində ev dustağı edilib. O, 2012-ci ildə Fransada keçiriləcək prezident seçkilərində ən şanslı namizədlərdən sayılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR