Bank Of Baku

Azərbaycanda ipoteka kreditləşməsi 19% artıb

Azərbaycanda ipoteka kreditləşməsi 19% artıb
# 14 iyun 2011 08:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən verilən ipoteka kreditlərinin məcmu portfeli 2011-ci ilin mayın 1-nə 378,8 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 61,1 mln. manat və ya 19,2% artıb.

Eyni zamanda, ipoteka kreditləşməsində son aylar ərzində müəyyən dərəcədə zəifləmə baş verib. Belə ki, yanvar-aprel ayları ərzində ipoteka kreditləri portfeli 22,6 mln. manat və ya 5,6% azalıb. Bu azalma bütövlüklə aprel ayına təsadüf edib ki, həmin ayda azalma 24,1 mln. manat və ya 6%-ə bərabər olub.

İpoteka kreditlərinin bank sistemi üzrə ümumi kredit portfelində xüsusi çəkisi mayın 1-nə 4,4% təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz bəndi çoxdur. İlin əvvəlindən bu göstərici dəyişməz qalıb, apreldə isə 0,4 faiz bəndi azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR