Bank Of Baku

«Standard&Poor’s» agentliyi: Yunanıstan defolt astanasında

«Standard&Poor’s» agentliyi: Yunanıstan defolt astanasında
# 14 iyun 2011 08:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Standard&Poor’s» beynəlxalq reytinq agentliyi Yunanıstanın reytinqini üç pillə endirərək «CCC» səviyyəsində müəyyən edib. «APA-Economics»in məlumatına görə, beləliklə Yunanıstanın reytinqi Agentliyin siyahısında olan ölkələr arasında ən aşağı səviyyəyə azaldılıb.

Agentliyin məlumatında deyilir ki, Yunanıstan tərəfindən borcların restrukturizasiyası ilə bağlı istənilən tədbiri defolt kimi qiymətləndiriləcək.

Yunanıstan rəsmiləri isə bildiriblər ki, «Standard&Poor’s» reytinqlə bağlı qərar qəbul edərkən hökumət tərəfindən hazırda həyata keçirilən tədbirlər və Beynəlxalq Valyuta Fondunun vəziyyəti tarazlaşdırmaq üçün səylərinə əhəmiyyət verməyib.

Qeyd edək ki, Yunanıstanda borc böhranı 2009-cu ilin sonunda başlayıb. Ötən il ərzində ölkə Avropa İttifaqı, BVF və Avropa Mərkəzi Bankından 110 mlrd. avro həcmində maliyyə yardımı alıb. Bu vəsaitlər ölkənin 350 mlrd. avro həcmində olan dövlət borcunun bir hissəsinin ödənilməsinə yönəldilib. Hazırda ölkəyə daha 60 mlrd. avro həcmində maliyyə vəsaiti lazımdır, lakin bu məsələ hələ də öz həllini tapmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR