Bank Of Baku

«PAŞA Həyat» sığorta şirkəti yeni baş ofisə köçür

«PAŞA Həyat» sığorta şirkəti yeni baş ofisə köçür
# 14 iyun 2011 11:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat» sığorta şirkəti iyunun 20-dən etibarən fəaliyyətini yeni baş ofisdə davam etdirəcək. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib.

M.Rüstəmovun sözlərinə görə, şirkətin yeni baş ofisi paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsi,15 ünvanında yerləşir. Yeni ofisə keçidlə bağlı şirkətin şəhər telefon nömrələrində dəyişiklik edilib. Belə ki, şirkətlə əlaqə saxlayan fiziki və ya hüquqi şəxslər (012) 567-32-36/37/38, faks üçün isə 567-32-39 və 598-18-23 nömrələrini yığmalıdır.

Qeyd edək ki, «Paşa Həyat» sığorta şirkəti 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə bu ilin fevralın 14-də verilib. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR