Bank Of Baku

Çində illik inflyasiya 3 illik maksimuma çatıb

Çində illik inflyasiya 3 illik maksimuma çatıb
# 14 iyun 2011 11:34 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin may ayında Çində illik inflyasiyanın səviyyəsi 34 aylıq maksimuma çataraq 5,5% təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Çin Dövlət Statistika İdarəsi açıqlama yayıb.

İstehsalçıların qiymət indeksi isə ötən illə müqayisədə 6,8% artıb. Bu açıqlamadan sonra Çin Xalq Bankı ölkədə monetar siyasətin növbəti dəfə sərtləşdirildiyini və banklar üçün ehtiyatlar normasının 50 faiz bəndi artırıldığını bəyan edib.

Sabahdan kommersiya banklarının depozitləri üzrə ehtiyatlar tələbi növbəti rekord həddə - 21,5%-ə yüksələcək. Bu qərarla Çin Xalq Bankı ehtiyat tələblərini ilin əvvəlindən 6-cı dəfə, ötən ilin oktyabrından bəri isə 9-cu dəfə artırıb. Buna qədər normativ 2010-cu ilin may ayında artırılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR