Ümumi nəticədə, 2011-ci ilin yanvar-mart aylarında neft-qaz sektoru üzrə yaranmış müsbət saldo 6,3 mlrd. dollar olub. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə
cari hesabın 1,5 mlrd. dollar məbləğində kəsirini tam örtüb və nəticədə tədiyyə balansının cari əməliyyatlar hesabında 4,8 mlrd. dollar məbləğində profisit yaranıb.
Tədiyyə balansının əsas göstəriciləri
(mln. dollar)
| 2010-cu il, I rüb | 2011-ci il, I rüb |
I.Cari əməliyyatlar hesabının saldosu 3 902,1 4 826,0 Xarici ticarət balansı 5 040,6 6 554,2 Xidmətlər balansı -416,7 -522,6 Gəlirlər balansı -795,4 -1 347,1 - İnvestisiya gəlirlərinin repatriasiyası -685,3 -1 311,7 Cari transfertlər balansı 73,6 141,5
II.Kapitalın və maliyyənin hərəkəti hesabının saldosu -1 329,2 -1 732,3 Birbaşa investisiyalar 46,9 77,1 - Azərbaycana cəlb olunmuş 704,7 819,9 - Xaricə yönəldilmiş -47,2 -24,9 - İnvestisiyaların repatriasiyası -610,6 -717,9 Kreditlər və digər investisiyalar -1 376,1 -1 809,4
III.Tədiyə balansının ümumi saldosu 2 572,9 3 093,7 | ||
Ötən rüb ərzində xarici ticarət dövriyyəsi 10,5 mlrd. dollar təşkil edib və, göründüyü kimi, xarici ticarət balansı 6,6 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycan dünyanın 115-dək dövləti ilə ticarət əlaqələri saxlayıb. Xarici ticarətin 14,6%-i MDB, 85,4%-i isə uzaq xarici dövlətlərin payına düşüb.
Tədiyyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 8,5 mlrd. dollar təşkil edib. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 95,9% olub. Xarici dövlətlərə 7,8 mlrd. dollarlıq neft və neft məhsulları ixrac olunub, bunun 365 mln. dolları neft emalı məhsulları, 7,5 mlrd. dolları isə xam neftin ixracının payına düşüb. İxrac olunmuş xam neftin 7,1 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 372,4 mln. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 12,6 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 359,8 mln. dolları isə ARDNŞ-in payına düşür.
Qeyd edək ki, 2011-ci ilin yanvar-mart aylarında ölkənin qeyri-neft ixracı 0,5% artaraq 346,6 mln. dollar təşkil edib.
İxracın strukturu
(mln. dollar)
| 2010-cu il, I rüb | 2011-ci il, I rüb |
Yanacaq-xammal məhsulları | 5 979,8 | 8 330,5 |
- neft-qaz məhsulları | 5 913,6 | 8 199,6 |
- digər xammal | 66,2 | 130,9 |
Maşın və avadanlıq | 129,3 | 45,6 |
İstehlak malları | 148,0 | 167,6 |
Digər mallar | 1,3 | 2,4 |
Cəmi | 6 258,4 | 8 546,1 |
Hesabat dövründə Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 2 mlrd. dollar təşkil edib. İstehlak mallarının idxalının ümumi dəyəri 791,3 mln. dollar olub ki, bunun da 317,9 mln. dolları ərzaq məhsullarının payına düşür:
İdxalın strukturu
(mln. dollar)
| 2010-cu il, I rüb | 2011-ci il, I rüb |
İstehlak malları | 617,1 | 791,3 |
- ərzaq məhsulları | 226,1 | 317,9 |
- qeyri-ərzaq məhsulları | 391,0 | 473,4 |
İnvestisiya yönümlü mallar | 117,4 | 142,4 |
Digər mallar | 483,3 | 1 058,2 |
Cəmi | 1 217,8 | 1 991,9 |
Mərkəzi Bankın hesablamalarına görə, idxalın strukturunda 7,1%-i xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqlar, bunun 92,3%-ni isə beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilən mallar təşkil edib. Bundan başqa, ölkəyə ümumi məbləği 1 058,2 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları gətirilib.