Bank Of Baku

Azərbaycanda illik inflyasiya 8,9%-ə düşüb

Azərbaycanda illik inflyasiya 8,9%-ə düşüb
# 14 iyun 2011 13:36 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-may aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 8,9%, o cümlədən ərzaq məhsulları 12,7%, qeyri-ərzaq malları 2,9%, xidmət tarifləri isə 4,1% bahalaşıb.

Xatırladaq ki, cari ilin yanvar-aprel ayları ərzində ölkədə illik inflyasiyanın səviyyəsi 9% təşkil edib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2011-ci il üçün Azərbaycanda inflyasiyanın 10,3%, Asiya İnkişaf Bankı isə 7,5% olacağını proqnozlaşdırır. Azərbaycan hökumətinin proqnozlarına görə isə bu il inflyasiya bir rəqəmli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR