Bank Of Baku

Azərbaycanın dövlət büdcəsində yanvar-aprel aylarında ÜDM-in 8,9%-i qədər profisit yaranıb

Azərbaycanın dövlət büdcəsində yanvar-aprel aylarında ÜDM-in 8,9%-i qədər profisit yaranıb
# 14 iyun 2011 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın dövlət büdcəsinə 4 mlrd. manat vəsait daxil olub və büdcədən 2,8 mlrd. manat vəsait xərclənib ki, nəticədə 1,2 mlrd. manat məbləğində və ya ÜDM-in 8,9%-i qədər profisit yaranıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, büdcə xərclərinin 973,3 mln. manatı və ya 34,5%-i iqtisadiyyatın inkişafına, 452,9 mln. manatı (16,1%-i) sosial müdafiə və sosial təminata, 465,3 mln. manatı (16,5%-i) təhsilə və səhiyyəyə yönəldilib. Əmək haqları, təqaüd və müavinətlərin ödənilməsinə büdcə xərclərinin 41,4%-i və ya 1,2 mlrd. manatı sərf olunub.

Hesabat dövründə ötən ilin yanvar-aprel ayları ilə müqayisədə büdcə xərcləri dəyişməz qalıb, dövlət büdcəsinə daxilolmalar 25% artıb, profisit isə 7,8 dəfə artıb.

Qeyd edək ki, cari ilin mayın 27-də parlament tərəfindən qəbul olunan 2011-ci il dövlət büdcəsinə dəyişiklərə əsasən, gəlirlər 29% və ya 15 554,2 mln. manata qədər, xərclər isə 25% və ya 15 941,2 mln. manatadək artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR