Bank Of Baku

Azərbaycanda bank əmanətləri üzrə real faiz dərəcəsi 2,7%-dir

Azərbaycanda bank əmanətləri üzrə real faiz dərəcəsi 2,7%-dir
# 14 iyun 2011 14:33 (UTC +04:00)
«APA-Economics» tərəfindən rəsmi statistika əsasında aparılmış hesablamalara görə, manat əmanətləri üzrə real orta faiz dərəcəsi illik 2,66%-ə bərabər olub. Qeyd edək ki, real faiz dərəcəsi əmanətlərin elan edilmiş faiz dərəcəsindən illik inflyasiya göstəricisi çıxılmaqla müəyyən olunur. Azərbaycanda 2011-ci il yanvar-aprel aylarında illik inflyasiya 9% təşkil edib.

Müqayisə üçün bildirək, ötən ilin yekunlarına görə, əmanətlər üzrə elan olunmuş faiz dərəcəsi 11,79% təşkil edib, 5,7% səviyyəsində olan illik inflyasiyanı nəzərə alınmaqla real faiz dərəcəsi isə 6,09%-ə bərabər olub.

Eyni zamanda ,2009-cu ilin yekunlarına görə əmanətlər üzrə orta faiz dərəcəsi 12,98%-ə bərabər olub və 2009-cu ildəki 1,5%-lik inflyasiya nəzərə alınaraq real faiz dərəcələri 11,48% təşkil oetdiyi aydın olur. Beləliklə, manat əmanətləri üzrə real orta faiz dərəcələrinin daim azalması müşahidə olunur. Apreldə isə bu göstərici 0,03 faiz bəndi artıb ki, bu da inflyasiyanın 0,1 faiz bəndi düşməsi ilə bağlıdır.

Göründüyü kimi, Azərbaycanda əmanətçilərin faiz gəliri yalnız qiymət artımını ödəyir və cəmi 2,7%-lik mənfəət əldə etmək imkanı verir. İllik inflyasiya təxminən 12%-ə çatarsa, əmanətlər üzrə real faiz dərəcəsi mənfi olacaq ki, bu da bank sistemi üçün neqativ əlamətdir və belə şəraitdə bankların faiz dərəcələrini artıracağı ehtimalı yaranacaq. Bu isə öz növbəsində maliyyə bazarında digər faiz dərəcələri, o cümlədən kreditlər üzrə dərəcələrin artmasına səbəb olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR