Bank Of Baku

Azərbaycanın ticarət dövriyyəsi 34% artıb

Azərbaycanın ticarət dövriyyəsi 34% artıb
# 15 iyun 2011 08:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 127 xarici ölkə ilə 10,7 mlrd. ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ixracın həcmi 8 mlrd. dollar, idxalın həcmi isə 2,7 mlrd. dollar təşkil edib. Nəticədə 5,3 mlrd. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin ilk dörd ayı ilə müqayisədə Azərbaycanın ticarət dövriyyəsi 33,7%, o cümlədən ixrac 29%, idxal 50%, müsbət soaldo isə 17,8% artıb.

Hesabat dövründə Azərbaycandan ixrac olunmuş məhsulların 85,7%-i və ya 6,8 mlrd. dolları uzaq xarici ölkələrin payına düşüb, MDB üzvü dövlətlərinə göndərilmiş malların məbləği isə 1,2 mlrd. dollar olub: «Ümumiyyətlə, ticarət əlaqələrinin 74,7%-i və ya 8,7 mlrd. dolları uzaq xarici ölkələrlə, 25,3%-i, yaxud 2 mlrd. dolları MDB üzvü dövlətləri ilə aparılıb».

Xarici ticarət dövriyyəsinin 68,2%-i Avropa, 21,2%-i Asiya, 9,7%-i Amerika, 0,8%-i Afrika qitələrinin ölkələri və 0,1%-i Okeaniya ilə aparılıb.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycana 10,3 mln. dollar məbləğində və ya ötən ilin analoji dövrü ilə müqayisədə 19,8% çox humanitar və texniki yardım daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR