Bank Of Baku

Azərbaycan Auditorlar Palatası auditorlarla bağlı keçirdiyi növbəti imtahanın nəticələrini açıqlayıb

Azərbaycan Auditorlar Palatası auditorlarla bağlı keçirdiyi növbəti imtahanın nəticələrini açıqlayıb
# 15 iyun 2011 08:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Auditorlar Palatası auditor adı almaq üçün müraciət etmiş şəxslər və bir qrup auditorun auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalarının qüvvədə olma müddətinin başa çatması ilə əlaqədar keçirdiyi imtahanın nəticələrini açıqlayıb.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalarının qüvvədə olma müddətinin başa çatması ilə bağlı keçirilən imtahanda 11 nəfərdən yalnız 7-si iştirak edib, 4 nəfər isə imtahana qatılmayıb. Nəticələrə görə, imtahanda iştirak edənlərin hamısı (7 nəfər) auditor fəaliyyəti ilə məşğul olmaq üçün yenidən lisenziya alıb.

Auditor adı almaq üçün keçirilən imtahanda isə 10 iştirakçının hamısı bu ada layiq görülüb, yəni auditor adını qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR