Bank Of Baku

Azərbaycanda istehlak kreditləşməsi artır

Azərbaycanda istehlak kreditləşməsi artır
# 16 iyun 2011 07:43 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən istehlak kreditləşməsi 132,2 mln. manat və ya 4,9%, təkcə aprel ayında isə 72,2 mln. manat və ya 2,6% artıb.

Eyni zamanda istehlak kreditlərinin ümumi kredit portfelində xüsusi çəkisi üzrə ay ərzində müəyyən azalma müşahidə olunub. Belə ki, mayın 1-nə bu göstərici 32,8% təşkil edib, halbuki aprelin 1-nə 33%-ə bərabər olub. Lakin illik müqayisədə xüsusi çəki 4,4 faiz bəndi artıb.

Göstərilən rəqəmlər Azərbaycanda istehlak kreditləşməsinin tədricən bərpa olunmasından xəbər verir ki, bu da həm bank sistemi üçün, həm də makroiqtisadi baxımından müsbət amildir. Belə ki, bank sistemində maliyyə resurslarının artması, digər tərəfdən ölkədə tələbatın kreditləşdirilməsinin bərpası ümumi iqtisadiyyatın böhrandan sonra dirçəlməsinə dəstək verən əsas amillərdir.

Eyni zamanda istehlak kreditləşməsində artım templəri hələ də böhrandan əvvəlki səviyyəyə çatmayıb. Xatırladaq ki, 2008-ci ildə istehlak kreditləri üzrə 41%, 2007-ci ildə 2,1 dəfə, 2006-cı ildə 2 dəfə səviyyəsində artım templəri müşahidə olunub. Böhran ili kimi hesab olunan 2009-cu ildə istehlak kreditləri 0,3% azalıb, 2010-cu ildə isə artım 16% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR