Bank Of Baku

Vladimir Putin: “Rusiya yaxın 10 il ərzində dünyanın 5 ən böyük iqtisadiyyatı sırasına daxil olacaq”

Vladimir Putin: “Rusiya yaxın 10 il ərzində dünyanın 5 ən böyük iqtisadiyyatı sırasına daxil olacaq”
# 16 iyun 2011 11:07 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya hökuməti yaxın 10 il ərzində ölkəni dünyanın 5 ən böyük iqtisadiyyatı sırasına çıxarmağı qarşısına məqsəd qoyub. “APA-Economics”in xəbərinə görə, bu barədə Rusiyanın baş naziri Vladimir Putin Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransında çıxışında bildirib.

Onun sözlərinə görə, ÜDM-in adambaşına düşən həcmini 19,7 min dollardan 35 min dollara planlaşdırılır: “Bu məqsədlərə nail olmaq üçün əmək məhsuldarlığını ən azı 2 dəfə, emal və yüksək texnologiyalar sektorunda isə 3-4 dəfə artırmaq vacibdir. Rusiya iqtisadiyyatından qeyri-effektiv məşğulluq getməli, əvəzində yüksək məvacibli 25 mln. iş yeri yaradılmalıdır”.

V.Putin əlavə edib ki, hazırda Rusiya iqtisadiyyatında 70 mln. nəfər çalışır: “Bu isə o deməkdir ki, hər 3 iş yerindən biri modernizasiyadan keçməlidir. Bu, yaxın 15-20 ilin ümummilli vəzifəsidir və bütün cəmiyyətin səyi ilə həll olunacaq. Hökumət əldə olunmuş sosial təminatları qoruyub saxlayacaq və həftədə 40 saatdan artıq iş saatının olmasına imkan verməyəcək. Əminəm ki, hökumət, biznes və həmkarlar ittifaqları bu işdə müttəfiq olacaqlar”.

Baş nazir bəyan edib ki, Rusiya qlobal iqtisadi böhranın nəticələrini 2011-ci ilin sonu - 2012-ci ilin əvvəlində tamamilə aradan qaldıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR