Bank Of Baku

Azərbaycana cəlb edilən xarici kapitalın həcmi 9% azalıb

Azərbaycana cəlb edilən xarici kapitalın həcmi 9% azalıb
# 16 iyun 2011 11:41 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əsasən ölkəyə cəlb olunmuş birbaşa investisiyalar və xarici kreditlər hesabına formalaşıb:

(mln. dollar)

Cəlb olunan xarici kapitalın strukturu

 

2010-ci il, I rüb

2011-ci il, I rüb

Birbaşa investisiyalar

704,7

819,9

- neft-qaz sektoru

596,4

696,2

- digər sektorlar

108,3

123,7

Kreditlər və digər investisiyalar

1 161,6

884,9

- dövlət təminatlı kreditlər

154,7

447,3

- dövlət təminatlı olmayan kreditlər

732,9

298,3

-- neft-qaz sektoru

123,0

1,1

-- banklar

527,4

141,7

-- digərləri

82,5

155,5

- digər investisiyalar

274,0

139,3

CƏMİ

1 866,3

1 704,8



Mərkəzi Bankın tədiyyə balansının şərhinə əsasən, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 819,9 mln. dollar olub ki, bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84,9% təşkil edib.

Kreditlər və digər investisiyalar formasında cəlb olunmuş sərmayələrin həcmi 23,8% azalıb, onların xarici kapitalın strukturunda xüsusi çəkisi isə 10,3 faiz bəndi azalaraq 59,1% təşkil edib. Cədvəldən göründüyü kimi, azalma əsasən neft-qaz sektoru və banklar tərəfindən cəlb edilmiş kreditlər hesabına baş verib.

Tədiyyə balansına əsasən, əvvəlki dövrlərdə cəlb olunmuş kreditlər üzrə 199,9 mln. dollar miqdarında vəsait geri qaytarılıb. Qaytarılmış kreditlərin 58,2%-i (116,4 mln. dollar) bank sistemi, 18,2%-i (36,4 mln. dollar) dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlər, 2,3%-i (4,6 mln. dollar) neft-qaz sektoru, 21,3%-i (42,5 mln. dollar) isə digər müəssisə və firmaların payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR