Bank Of Baku

Dünyanın ən bahalı küçələrinin reytinqi açıqlanıb

Dünyanın ən bahalı küçələrinin reytinqi açıqlanıb
# 16 iyun 2011 13:06 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ən bahalı küçələrinin yeni reytinqi açıqlanıb. “APA-Economics”in xəbərinə görə, “Colliers International” şirkətinin tərtib etdiyi siyahıya Nyu-Yorkun 5-ci avenyu küçəsi başçılıq edir.

Son bir il ərzində 5-ci avenyu küçəsində icarə haqları 72% artaraq 1 kv. metrə görə 23,1 min dollar təşkil edib.

İkinci yerdə Honkonqun Rassel Strit küçəsi (16,3 min dollar), üçüncü yerdə Londonun Old Bond Strit küçəsi (10 351 dollar) gəlir.

İlk beşliyi Sürixin Banxofştrasse (10 275 dollar) və Milanın Via Montenapoleone (10 146 dollar) küçələri tamamlayır.

Reytinqin sonrakı yerlərini isə aşağıdakı küçələr bölüşdürür:

6. Pitt Strit Moll (Sidney) - 9 694 dollar;
7. Yelisey çölləri (Paris) - 9 393 dollar;
8. Ru de Ron (Cenevrə) - 8 137 dollar;
9. Via Kondotti (Roma) - 7 613 dollar;
10. Tverskaya (Moskva) - 7 413 dollar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR