Bank Of Baku

«Muğan Bank» faizli adsız istiqrazlarının 13-cü tirajını keçirib

«Muğan Bank» faizli adsız istiqrazlarının 13-cü tirajını keçirib
# 16 iyun 2011 13:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin faizli adsız istiqrazlarının 13-cü uduş tirajı keçirilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın 30 filialından hər hansı birində istiqrazlarını geri qaytardıqda istiqraz sahibi istiqrazların nominal məbləği ilə yanaşı onlar üzrə toplanmış dividentlər alır. Tirajın nəticələri iyun ayının 17-də «Xalq qəzeti»ndə dərc olunacaq.
Bundan başqa, 933 nömrəsinə zəng vurmaqla hazırkı məhsulla bağlı ətraflı məlumat almaq mümkündür.

Bankın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərovun sözlərinə görə tirajların şəffaflığı, onların hər 45 gündən bir müntəzəm keçirilməsi müştəriləri üçün vacib amillərdir. Ş.Ələkbərov həmçinin qeyd edib ki, əhalinin müxtəlif sosial təbəqələri arasında hazırkı layihəyə maraq artıb və bunun nəticəsində istiqrazların sayca üçüncü emissiyası həyata keçirilib. «Hazırda emitent tərəfindən 50 mln. manat həcmində 1 mln. ədəd istiqraz buraxılıb. Bundan başqa, bank istiqrazların tam likvidliyini təmin edir.

Belə ki, lazım olduqda istiqraz sahibi istiqrazlarını dəyər itkisi olmadan banka geri qaytara və onların nominal məbləğini üstəgəl dividentlərini ala bilər», - deyə Ş.Ələkbərov bildirib.

Xatırladaq ki, hər tirajın uduş fondu 437,5 min manat təşkil edir. Tirajda 50 min manat məbləğində əsas mükafat, 2 ədəd 25 min manatlıq, 3 ədəd 10 min manatlıq, 6 ədəd 5 min manatlıq, 18 ədəd 2,5 min manatlıq, 50 ədəd 1 min manatlıq, 104 ədəd 500 manatlıq, 326 ədəd 250 manatlıq və 490 ədəd 100 manatlıq uduş oynanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR