Bank Of Baku

Azərbaycan əhalisinin bank əmanətləri 36% artıb

Azərbaycan əhalisinin bank əmanətləri 36% artıb
# 17 iyun 2011 06:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 35,7% artaraq 3,4 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 1,6 mlrd. manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 1,8 mlrd. manat olub. Nəticədə, milli valyutada qoyulmuş əmanətlərin həcmi ötən illə müqayisədə 45,5%, xarici valyutada qoyulmuş əmanətlərin həcmi isə 28,6% artıb.

Qeyd edək ki, may ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,79 manat, 1 avroya 1,14 manat, 100 Rusiya rubluna 2,83 manat, yanvar-may ayları üzrə isə müvafiq olaraq 0,79, 1,11 və 2,76 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR