Bank Of Baku

Azərbaycan əhalisinin adambaşı gəlirləri son bir ildə 15% artıb

Azərbaycan əhalisinin adambaşı gəlirləri son bir ildə 15% artıb
# 17 iyun 2011 07:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cari ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 11 192,5 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 16,5% çoxdur. Hər nəfərə düşən gəlirlər 2010-cu ilin eyni dövrü ilə müqayisədə 15% artaraq 1 241,8 manat və ya orta hesabla ayda 248,4 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 6,1 faiz bəndi üstələyib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 11,2 mlrd. manatlıq gəlirin 67,8%-i son istehlak xərclərinə, 8,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 22,4%-i isə yığıma yönəldilib.

Bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 10 282,2 mln. manatlıq və ya əvvəlki ildəkindən 17,8% çox vəsait qalıb. Adambaşına sərəncamda qalan gəlirlər isə əvvəlki ilin ilk 5 ayına nisbətən 16,3% artaraq 1 140,8 manata (ayda orta hesabla – 228,2 manat) çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR