Bank Of Baku

BVF-nin etirazına baxmayaraq, Belarusda büdcə təşkilatlarında çalışanların əməkhaqları artırılıb

BVF-nin etirazına baxmayaraq, Belarusda büdcə təşkilatlarında çalışanların əməkhaqları artırılıb
# 17 iyun 2011 08:45 (UTC +04:00)
Bakı - APA-Economics. Belarus hökuməti Beynəlxalq Valyuta Fondunun (BVF) büdcə təşkilatlarında çalışanların əməkhaqlarını dondurmaq tələbinə zidd olaraq, maaşları 26,6% indeksləşdirib.

APA-Economics”in “PRAYM”a istinadən xəbərinə görə, Belarus Əmək və Sosial Müdafiə Nazirliyindən bildiriblər ki, indeksləşdirmə bu ilin aprel ayı ilə müqayisədə may ayında qiymətlərin 5% artması ilə bağlıdır.

İndeksləşdirmə əmək haqqının 343,26 min Belarus rublu (1 dollar - 4988 rubl) məbləğinə qədər olan hissəsinə şamil ediləcək. cari ilin may ayının minimum əmək haqqı indeksləşdirilərək 23,7% artacaq və 541,35 min rubla çatacaq.

Qeyd edək ki, bu il Belarus iqtisadiyyatı valyuta çatışmazlığı səbəbindən ciddi böhranla üzləşib. Nəticədə hökumət devalvasiya həyata keçirmək məcburiyyətində qalıb. Hökumətin proqnozuna əsasən, ilin sonuna ölkədə inflyasiya 39% təşkil edəcək.

BVF Minskə rublun dəyişən məzənnəsinə keçməyi, büdcə təşkilatlarında çalışanların əməkhaqlarını artırmağı dayandırmağı, faiz dərəcələrini artırmağı və ölkə iqtisadiyyatının kreditləşməsini kəskin azaltmağı tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR