Bank Of Baku

Azərbaycanın mobil rabitə operatorlarına yeni icbari həyat sığortası üzrə «Atəşgah Həyat» şirkəti xidmət göstərəcək

Azərbaycanın mobil rabitə operatorlarına yeni icbari həyat sığortası üzrə «Atəşgah Həyat» şirkəti xidmət göstərəcək
# 17 iyun 2011 09:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkəti ölkədə fəaliyyət göstərən üç mobil rabitə operatoru – «Azercell», «Bakcell» və «Azerfon» şirkətləri ilə onların əməkdaşlarının istehsalatda bədbəxt hadisələrdən icbari sığortasına dair müvafiq müqavilələr bağlayıb.

«Atəşgah Həyat»dan «APA-Economics»ə bildirilib ki, mobil operatorlara xidmətlər 2010-cu ilin dekabrından tətbiq olunan «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanuna uyğun olaraq həyata keçiriləcək.

Xatırladaq ki, «Atəşgah Həyat» şirkəti 2008-ci ilin dekabrında təsis edilib və həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta və sağalmaz xəstəliklərdən sığorta xidmətləri göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR