Azərbaycan Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, artıq «2011-ci il dövlət büdcəsi haqqında» qanunda müvafiq dəyişikliklər edilib və sənəd dövlət başçısı tərəfindən imzalanıb: «Dəyişikliyin əsas mahiyyəti əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, ilk növbədə pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması, sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlər, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması olub. Qeyd olunan xərclər üzrə tələb olunan 3 193,2 mln. manat həcmində maliyyə təminatının yaradılması üçün 2011-ci il dövlət və icmal büdcələrinin gəlirlərinin artımı istiqamətində müvafiq dəyişikliklər edilib».
Nazir 2011-ci il dövlət büdcəsinə yenidən baxılması ilə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı Nazirliyin aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə, yerli maliyyə orqanlarına konkret tapşırıqlar verib.
İclasda həmçinin qeyd olunub ki, aprel ayından Nazirliyin bir sıra xəzinədarlıq idarələrində xəzinədarlığın idarə edilməsinin avtomatlaşdırılmış informasiya sistemi tətbiq edilib və sistemin 2011-ci il ərzində daha da genişləndirilməsi qərara alınıb. Dövlət Xəzinədarlığı Agentliyinin tam avtomatlaşdırılması büdcə vəsaitlərinin xərclənilməsi prosesinə şəffaflıq gətirməklə yanaşı, büdcə əməliyyatlarının icrasının sürətini və keyfiyyətini artıracaq. Müzakirələr zamanı yerli maliyyə orqanlarının mərkəzi aparatın rəqəmsal avtomatlaşdırılmış telefon stansiyası və daxili kompüter şəbəkəsi ilə əlaqələndirməsinə və onun əsasında Nazirliyin vahid daxili telekommunikasiya sistemini yaradılmasına dair təkliflər verilib.
Dövlət qulluğunda olmanın yaş həddi ilə bağlı «Dövlət qulluğu haqqında» qanunda edilmiş dəyişikliklərin tətbiqi barədə məsələlərin müzakirəsi zamanı isə, həmin qanunun icrası istiqamətində zəruri tədbirlərin görülməsi, Nazirliyin vahid sistemi üzrə müvafiq vəzifə tutan dövlət qulluqçularının yaş həddi ilə əlaqədar dövlət qulluğuna xitam verilməsi və ya çalışma müddətinin uzadılması ilə bağlı məsələlərin araşdırılması və qeyd olunan halların tənzimlənməsi məqsədilə daxili prosedur qaydaların hazırlanması Nazirliyin aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinin, yerli bölmələrin və tabeliyində olan digər qurumların rəhbərlərinə tapşırılıb.
Kollegiyada bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcənin yerli gəlir və xərclərinin tərtibi prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında, o cümlədən hesabat və məlumatların vaxtında və keyfiyyətlə Nazirliyə təqdim olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olunub. Bəzi rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə yerlərdə olan bəzi çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Kollegiya iclasının yekununda müzakirə edilən məsələlərlə bağlı qərarlar qəbul edilib.
Maliyyə
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
İslam İnkişaf Bankı Qrupunun Azərbaycanda layihələrə ayırdığı vəsaitin həcmi bilinib
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
ITFC: Orta Dəhliz Azərbaycanın regional ticarət mərkəzi kimi rolunu gücləndirir - MÜSAHİBƏ
Xəbər Lenti
İŞİD-lə əlaqədar axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar başlayıb
SOCAR: Dübəndi çimərliyinin neftlə çirklənməsinə sualtı kəmərin zədələnməsi səbəb olub
İran XİN: ABŞ-la yekun saziş üzrə danışıqlar beş bənd icra olunmadan başlamayacaq
Pezeşkian: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Pakistan Baş naziri və ordu komandanı İsveçrədə Venslə görüşüb
Bərpa işləriylə əlaqədar Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərlə bağlı xəbərdarlıq edib
Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib
İranın Birinci vitse-prezidenti: Hörmüz boğazı bizə məxsusdur - VİDEO
Sabah yağış yağacaq
Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib
Azərbaycana yay fəsli daxil olub
İsveçrədə İran və ABŞ arasında danışıqların proqramı məlum olub
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
İordaniya Kralı Azərbaycana səfərə dəvət edilib
Prezident İordaniya Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib - FOTO
Bakıda kilsədə Argentinanın Milli Gününə həsr olunmuş “Te Deum” mərasimi keçirilib - VİDEO
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb - YENİLƏNİB
Kerç bərə keçidində daşımalar dayandırılıb
İsrail Ordusu Suriyanın cənubunda irəliləyir
Pakistan Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib - YENİLƏNİB
DÇ-2026: Yaponiya Tunisi darmadağın edib
Ukrayna Ordusu Kerç yarımadasına zərbə endirib, 4 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB
KİV: ABŞ və İran arasında İsrail-Hizbullah münaqişəsinə dair fövqəladə iclas keçiriləcək
Gəncədə evdən meyit tapılıb
ABŞ İranla danışıqları təhlükəyə atmamaq üçün İsrailə təzyiq göstərir
İtaliyanın səkkiz şəhərində həddən artıq istilik səbəbilə xəbərdarlıq edilib
KİV: ABŞ bəzi dondurulmuş aktivləri İrana qaytara bilər
DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə
Starmer 22 iyunda istefa verəcəyini açıqlaya bilər
İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə çatıb
Ağ Ev: ABŞ Latın Amerikasındakı narkotik kartellərini hədəf almağa davam edəcək
Vens: İranla danışıqlar nüvə proqramını da əhatə edəcək
DÇ-2026: Almaniya Fil Dişi Sahilini çətinliklə məğlub edib
Poroşenko da Polşanın Ağ Qartal Ordenindən imtina edib
Vens: ABŞ-İran danışıqları bir neçə gün davam edə bilər
Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb
Qəbələdə ağır qəza olub, 1 nəfər ölüb
Tramp: Atəşkəs dövründəki 60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq
Hindistan üç xam neft tankerinin Hörmüz boğazından keçdiyini açıqlayıb
ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var
DÇ-26: Niderland İsveçi darmadağın etdi
Polşanın qərarından sonra Kuçma və Yuşşenko Polşa ordenlərindən imtina ediblər
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib