Bank Of Baku

Azərbaycanda İcbari Sığorta Bürosu yaradılacaq

Azərbaycanda İcbari Sığorta Bürosu yaradılacaq
# 17 iyun 2011 09:55 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət və Sosial siyasət komitələrinin birgə iclasında “İcbari sığortalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Onun sözlərinə görə, əvvəlcə qanun layihəsində Avtonəqliyyat Vasitələrinin Sığortası Bürosunun yaradılması nəzərdə tutulsa da, deputatların təkliflərindən sonra bu büronun İcbari Sığorta Bürosu adlanması qərara alınıb və bu məsələ sözügedən qanun layihəsində əksini tapıb.

A.Bayramov qeyd edib ki, qanun layihəsinə İcbari Sığorta Bürosunun təşkili və iş prinsipinə dair məsələlər salınıb. Büro qanun dərc edildikdən sonra 30 gün müddətində təsis olunmalıdır. Layihədə qeyd olunub ki, büroya icbarı sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının 5%-i həcmində ödəniş ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR