Bank Of Baku

Azərbaycanın 2012-ci il dövlət büdcəsi ilə bağlı təklifləri büdcə təşkilatları avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim edəcək

Azərbaycanın 2012-ci il dövlət büdcəsi ilə bağlı təklifləri büdcə təşkilatları avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim edəcək
# 17 iyun 2011 10:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın 2012-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcəsinin gəlir və xərcləri müəyyən edilərkən ilk növbədə ölkə iqtisadiyyatının ayrı-ayrı sahələri üzrə prioritet hesab olunan məsələlər, konkret təşkilat üzrə qəbul edilmiş qanunvericilik və normativ-hüquqi aktlar, o cümlədən dövlət proqramları və məqsədli tədbirlər üzrə nəzərdə tutulmuş xərc istiqamətlərinə və qanunvericiliklə müdafiəsi təmin edilən xərclərə üstünlük veriləcək. «APA-Economics»in məlumatına görə, bunu Maliyyə Nazirliyində keçirilən geniş tərkibli kollegiya iclasında maliyyə naziri Samir Şərifov bildirib.

S.Şərifov qeyd edib ki, cari ildə Nazirliyin qarşısında duran mühüm vəzifələrdən biri Azərbaycanın 2012-ci il dövlət və icmal büdcələrin layihəsi və sonrakı üç il üçün icmal büdcənin layihəsinin «Büdcə sistemi haqqında» qanunun tələblərinə uyğun hazırlanmasıdır. Nazir 2012-ci il dövlət büdcəsi layihəsinin, həmçinin ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin Azərbaycanın dövlət başçısına vaxtında təqdim edilməsinə dair Nazirlər Kabinetinin sərəncamını, həmin sərəncama uyğun olaraq Maliyyə Nazirliyinin görəcəyi işlərə və qarşıda duran vəzifələrə dair imzalanmış əmrlə Tədbirlər Planı təsdiq etdiyini, 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsi və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə gəlirlər və xərclər üzrə dövlət komissiyalarının yaradıldığını qeyd edib.

S.Şərifov həmçinin bildirib ki, hər bir gəlir növü üzrə real baza müəyyən edilməli, vergi ödəyiciləri tərəfindən təqdim edilmiş göstəricilər və hesablamalar, qəbul edilmiş dövlət proqramlarında, ərazilərin sosial-iqtisadi inkişaf göstəricilərində nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatı ilə bağlı məsələlər, xərc maddələri üzrə hesablamalar aparılarkən əvvəlki illərin hesabat, xərc normativləri, təşkilatların sifarişləri, yerdə olan real vəziyyət tam araşdırılmalıdır. Bir sıra xidmət xərclərinin, o cümlədən elektrik enerjisi, qaz və su haqqı xərclərinin daha real proqnozlaşdırılması və ödəmə intizamı ilə bağlı mövcud problemlərin həllinə diqqət artırılmalıdır. Mövcud xərc normativləri və digər normativ-hüquqi sənədlər büdcə təşkilatları ilə birgə ətraflı və diqqətlə öyrənilməli, hər bir xərcin təyinatı üzrə müvafiq xərc yarımmaddələrində proqnozlaşdırılmasına nail olunmalıdır.

S.Şərifov 2012-ci il dövlət büdcəsi və icmal büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin hazırlanması ilə bağlı tapşırıqlarını verərək bildirib ki, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlardan büdcə layihələri və digər sənəd və təkliflər avqust ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR