Bank Of Baku

Azərbaycanın xarici dövlətlərin neft-qaz sektoruna investisiyaları artır

Azərbaycanın xarici dövlətlərin neft-qaz sektoruna investisiyaları artır
# 17 iyun 2011 12:14 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə xaricdən cəlb edilmiş birbaşa investisiyaların həcmi 829,9 mln. dollara, xaricə yönəldilən investisiyalar isə 752,8 mln. dollara bərabər olub.

Eyni zamanda, neft-qaz sektoru üzrə birbaşa investisiyalarda mənfi saldo yaranıb. Belə ki, 2011-ci ilin I rübündə Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 696,3 mln. dollar, Azərbaycanın xarici ölkələrin neft-qaz sektorlarına yönəldilən birbaşa investisiyalar isə 728,7 mlrd. dollar təşkil edib. Nəticədə, 32,4 mln. dollar həcmində mənfi saldo yaranıb.

Qeyd edək ki, ötən ilin I rübünə nisbətən Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 16,8%, Azərbaycanın xarici ölkələrin neft-qaz sektorlarına yönəltdiyi birbaşa investisiyaların həcmi 18,4%, mənfi saldo isə 1,7 dəfə artıb.

Azərbaycanın xarici neft-qaz sektoruna birbaşa investisiyalarının bu dərəcədə yüksək olması əsasən Dövlət Neft Şirkətinin Türkiyə, Gürcüstan, Ukrayna və Rumıniyanın yanacaq-enerji və neft-kimya sahələrində fəal iştirakının nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR