Bank Of Baku

Azərbaycan bank sistemində likvid vəsaitlərin həcmi azalıb

Azərbaycan bank sistemində likvid vəsaitlərin həcmi azalıb
# 17 iyun 2011 12:41 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici aprel ayında 299,8 mln. manat və ya 15% azalıb.

Qeyd edək ki, aktivlərin tərkib hissələri olan nağd vəsaitlər və müxbir hesablarındakı vəsaitlər banklarda ən likvid vəsaitlər hesab edilir. Bu vəsaitlər banklar üçün birinci dərəcəli ehtiyatlardır və cəlb olunmuş vəsaitlərin müəyyən hissəsinin gözlənilməz qaytarma tələblərini təmin etmək üçün saxlanılır. Eyni zamanda, bank praktikasında bu vəsaitlərin məcmu həcminin bankların yerləşdirilən vəsaitlərinin həcmi ilə müəyyən tarazlaşması qəbul olunub. Aydındır ki, bankın ən likvid vəsaitləri gəlir gətirmir və bu baxımdan bankın ani və cari likvidliyi və onun gəlirliyi ilə balans olmalıdır. Hazırda Azərbaycan bank sistemində yüksək likvidlik və aşağı gəlirlik müşahidə olunur ki, bu da bankların kreditləşməyə və investisiya fəaliyyətinə həddən artıq ehtiyatla yanaşmasının nəticəsidir. Yüksək likvidlik fonunda bankların mənfəəti azalır, hətta bəzi aylarda, o cümlədən apreldə bank sistemində məcmu zərər müşahidə olunub. Beləliklə, hazırda Azərbaycanda banklar daha çox likvidliyə üstünlük verir ki, bu da onların gəlirliyinə mənfi təsir göstərir. Bu amil həmçinin banklarda likvidliyin idarə edilməsi sisteminin hələ də zəif olduğundan xəbər verir.

Bunları nəzərə alaraq likvid vəsaitlərin apreldə azalması müsbət amil kimi qiymətləndirilməlidir, çünki bankların bu vəsaitlərin müəyyən hissəsinin həmin ay ərzində kredit və ya investisiya şəklində yerləşdirməsini əks etdirir. Bank sistemi üzrə göstəricilər də bunu təsdiq edir. Belə ki, apreldə bankların müştərilərə verdiyi kreditlərin ümumi portfeli 259,8 mln. manat, investisiyalar isə 90,6 mln. manat artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR