Bank Of Baku

Yunanıstanda maliyyə naziri vəzifəsinə müdafiə naziri təyin edilib

Yunanıstanda maliyyə naziri vəzifəsinə müdafiə naziri təyin edilib
# 17 iyun 2011 13:02 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstanda maliyyə naziri vəzifəsinə müdafiə naziri Evangelos Venizelos təyin edilib. “APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, indiyədək maliyyə naziri postunu tutan Georqos Papakonstantinu bundan sonra Ətraf Mühit Nazirliyinə rəhbərlik edəcək.

Evangelos Venizelos həm də Teodoros Panqalosla birgə baş nazirin müavini olacaq. o, yeni vəzifəsində Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu ilə ölkəyə defoltdan xilas olmaq üçün maliyyə yardımı ayrılması üçün danışıqlar aparmalıdır.

Qeyd edək ki, Venizelos nəqliyyat və rabitə, ədliyyə, mədəniyyət, inkişaf naziri vəzifələrini tutub. Onun boşalmış müdafiə naziri postuna isə Panos Beqlitis təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR