Bank Of Baku

Azərbaycan Gömrük Məcəlləsi III oxunuşda parlamentin müzakirəsinə tövsiyə olunub

Azərbaycan Gömrük Məcəlləsi III oxunuşda parlamentin müzakirəsinə tövsiyə olunub
# 17 iyun 2011 13:30 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, iclasa millət vəkilləri ilə yanaşı, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, BMT-nin İnkişaf Proqramının nümayəndələri, həmçinin Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

İclasda Gömrük Məcəlləsinin layihəsi barədə məlumat verilib. Qeyd olunub ki, ikinci oxunuşdan sonra sənədin üzərində texniki düzəlişlər edilib. Həmçinin 53-cü maddədə gömrük orqanlarının vəzifəli şəxslərinin hərəkətləri və hərəkətsizliyinə görə şikayətlərə baxılma müddəti 25 gündən 15 günə endirilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə çıxışında qeyd edib ki, yeni Gömrük Məcəlləsinin qəbulu Korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılmasına dair Dövlət Proqramının bir hissəsidir. Burada elektronlaşma prosesi də tam olaraq əksini tapıb.

Daha sonra millət vəkilləri layihə barədə fikir və təkliflərini açıqlayıblar. Gömrük Məcəlləsinin layihəsi üçüncü oxunuş üçün parlamentin iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR