Bank Of Baku

Dünyanın ən zəngin ölkələrinin yeni reytinqinə Qətər başçılıq edir

Dünyanın ən zəngin ölkələrinin yeni reytinqinə Qətər başçılıq edir
# 20 iyun 2011 13:26 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ən zəngin ölkələrinin yeni reytinqi açıqlanıb. “APA-Economics”in xəbərinə görə, “Global Finance“ jurnalı tərəfindən hazırlanan reytinqdə 182 ölkənin adı yer alıb.

Reytinq cədvəlinə Qətər başçılıq edir. Jurnal bu ölkədə ümumi daxili məhsulun (ÜDM) adambaşına düşən həcmini 90 149 dollar həcmində qiymətləndirib.

“Ən zəngin ölkələr” siyahısının ilk 20 pilləsində Qətərdən savayı, ərəb ölkələrindən yalnız Küveyt və Birləşmiş Ərəb Əmirlikləri var.

115 mlrd. barel neftlə dünyanın ən böyük “qara qızıl” ehtiyatlarına malik İraq isə daxili qeyri-stabillik üzündən siyahıda 124-cü yerdədir.

Reytinqdə sonuncu yeri ÜDM-in adambaşına düşən həcmi 342 dollar olan Konqo tutub. Siyahının birinci və sonuncu yeri tutan ölkələrin gəlirləri arasında 263 dəfə fərq var.

Türkiyənin 65-ci pillədə qərarlaşdığı reytinqin ilk “20-liyi” belədir:

1. Qətər
2. Lüksemburq
3. Norveç
4. Sinqapur
5. Bruney
6. ABŞ
7. Honq Konq
8. İsveçrə
9. Hollandiya
10. Avstraliya
11. Avstriya
12. Kanada
13. İrlandiya
14. Küveyt
15. İslandiya
16. İsveç
17. Danimarka
18. Birləşmiş Ərəb Əmirlikləri
19. Belçika
20. Böyük Britaniya
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR