Bank Of Baku

Azərbaycanın xidmətlər balansının mənfi saldosu 25% artıb

Azərbaycanın xidmətlər balansının mənfi saldosu 25% artıb
# 20 iyun 2011 13:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2011-ci ilin I rübü üzrə tədiyyə balansında əks olunan xarici dövlətlərlə iqtisadi əlaqələrdə qarşılıqlı xidmətlərin ümumi həcmi 1 575,8 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 1 049,2 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 526,6 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərin payına düşür.

Beləliklə, xidmətlər balansının saldosu mənfi 522,6 mln. dollar olub ki, bu da ötən ilin I rübün nəticəsinə nisbətən 25,4% çoxdur.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 21%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb. Ümumi dəyəri 331,7 mln. dollar olan nəqliyyat xidmətlərinin 47,7%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etməsi ilə bağlı olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin ümumi dəyəri isə 173,6 mln. təşkil edib. Beləliklə, nəqliyyat xidmətləri üzrə müsbət saldo 15,7 mln. dollar təşkil edib.

Ötən rüb ərzində xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 191,2 mln. dollar olub. Öz növbəsində xarici ölkələrdə Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 257 mln. dollar təşkil edib. Nəticədə, turizm xidmətləri üzrə 65,8 mln. dollar həcmində mənfi saldo yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR