Bank Of Baku

Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti artır

Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti artır
# 20 iyun 2011 14:14 (UTC +04:00)
«APA-Economics»in Mərkəzi Bankın məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin I rübü ilə müqayisədə bu göstərici 4,1 faiz bəndi artıb. Müqayisə üçün qeyd edək ki, 2010-cu ilin yekunlarına görə cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti 28,9% təşkil edib.

Cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbətinin bu dərəcədə yüksək olmasının əsas səbəbi ticarət balansının müsbət saldosunun iri olması ilə bağlıdır. Öz növbəsində, bunun səbəbi neft-qaz sektoru üzrə ixracın idxalı dəfələrlə üstələnməsinin nəticəsidir. Belə ki, rüb ərzində neft-qaz sektoru üzrə ixracın həcmi 8,2 mlrd. dollar, idxal isə 2 mlrd. dollara bərabər olub.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti 2011-ci ilin yekunlarına görə 28,4% səviyyəsində proqnozlaşdırır. Lakin neftin qiyməti yüksək səviyyədə qalarsa, bu göstəricinin daha da artacağını gözləmək olar və I rübün nəticələri bunu təsdiq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR