Bank Of Baku

«Bank of Baku»nun «Nəsimi» filialı ilk yubileyini qeyd edib

«Bank of Baku»nun «Nəsimi» filialı ilk yubileyini qeyd edib
# 20 iyun 2011 14:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Nəsimi» filialının fəaliyyətinin 5 illiyini qeyd edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filialın direktoru Namiq Hümbətovun bildirib ki, «Nəsimi» filialının 5 illik fəaliyyəti kifayət qədər uğurlu olub: «Müştərilərin 50%-i təkrar müştərilərdir. Kredit və depozit portfellərimizdə, eləcə də müştərilərimizin sayında artım müşahidə olunur. Belə ki, bu ilin iyun ayının 1-nə filialın depozit portfeli 2,992 mln. manat olub. Kredit portfelinin həcmi isə 6,906 mln. manatı ötüb. Müştərilərimizin sayı 9 minə çatıb, gündəlik filialda təqribən 400 müştəri qəbul olunur və hər birinə yüksək səviyyədə xidmət göstərilir. Beş il ərzində müştərilərinə bütün bank xidmətlərini yüksək səviyyədə təqdim edən filial böyük nəticələrə nail olub və fəaliyyətinin növbəti dövrünə yeni hədəflərlə addımlayır».

Xatırladaq ki, «Bank of Baku»nun «Nəsimi» filialı paytaxtın A.Məhərrəmov küçəsi,34A, 3005-ci məhəllə ünvanında yerləşir.

«Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR